Çelenc Kuboku: “Xilasedici” növbəti mərhələyə yüksəlib

Baş səhifə
Çelenc Kuboku: Xilasedici növbəti mərhələyə yüksəlib

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası bu gün Çelenc Kubokunda 1/32 final mərhələsinin cavab görüşünə çıxıb.voleybol

“Report” xəbər verir ki, FHN-in idman zalında Rumıniyanın “Styaua” klubu ilə üz-üzə gələn Bakı təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Ümumi qalibi müəyyənləşdirmək üçün “qızıl set”ə ehtiyac duyulub. Seti 15:13 hesabı ilə xeyrinə başa vuran “Xilasedici” 1/16 finala yüksəlib.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüşdə “Xilasedici” səfərdə rəqibinə 0:3 hesabı ilə uduzmuşdu.