Kia 250 mindən çox avtomobilini geri çağırır

Baş səhifə

Bakı. Trend:

“Kia America” yanacaq çəninin sızması səbəbindən 250 mindən çox
avtomobilini geri çağırır.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil
Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi məlumat yayıb.




Qeyd olunub ki, həmin avtomobillərin yanacaq çənləri
yoxlanılacaq və dəyişdiriləcək.

Agentlik geri çağırılan 250 min 547 ədəd avtomobilin “Kia K5”
2021-2024 modelləri olduğunu bildirib.