Paşinyan bu gün Qazaxıstana gedir

Baş səhifə

Baş nazir Nikol Paşinyan 20-21 noyabr tarixlərində Qazaxıstan Respublikasına rəsmi səfər edəcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfər çərçivəsində Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə təkbətək görüşəcək, ardınca isə geniş tərkibli görüş keçiriləcək.

Baş nazir həmçinin Qazaxıstanın Baş naziri Oljas Bektenov və Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovla görüşəcək.

Pproqrama “Astana Expo”, “alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzi və Qazaxıstan Milli Muzeyinə səfərlər daxildir.