Pakistan təhlükəsizlik qüvvələri 23 terrorçunu zərərsizləşdirib

Baş səhifə

Pakistanın təhlükəsizlik qüvvələri Əfqanıstan sərhədinə yaxın olan Kurram bölgəsində iki ayrı əməliyyat nəticəsində 23 terrorçunu zərərsizləşdirib.

APA Pakistan mediasına istinadən xəbər verir ki, terrorçular “Fitnə əl-Xəvaric” qruplaşmasının üzvləri olub.

Rəsmi İslamabad terror qruplaşmasının Hindistan tərəfindən dəstəkləndiyini iddia edir.

Qeyd edək ki, Pakistan Əfqanıstan və Hindistanı ölkədə terror qruplarını dəstəkləməkdə günahlandırır. Bir müddət əvvəl İslamabadda məhkəmə binası yaxınlığında partlayış baş verib və Pakistan bu hadisəni terror aktı adlandıraraq arxasında Hindistanın dayandığını iddia edir.