Rusiyaya qarşı 100 sanksiyalar paketi qəbul olunsun – İsveç XİN

Baş səhifə

Bakı. Trend:

Rusiyaya qarşı 100 sanksiyalar paketinin qəbul olunduğunu görmək
istərdim.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə bir bəyanatla İsveçin XİN rəhbəri
Mariya Malmer Stenerqard çıxış edib.

Nazir Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı ABŞ-nin yeni
sülh planının olması ilə bağlı məlumatların “şayiə” olduğunu
söyləyib.




“Elə ki, hansısa danaşıqların aparılması ilə bağlı şayiələr
yayılır, insanlar konsentrasiyalarını itirməyə başlayırlar. İndiyə
kimi bu hər hansı nəticə gətirməyib. Ona görə hesab edirəm ki,
mənim vəzifəm ölkələrin Rusiyaya təziyiq artırmağa və Ukraynaya
dəstəyi genişləndirməyə davam etməsini təmin etməkdən ibarətdir,
çünki bu həqiqətən barışıq ehtimallarını artıra bilər”, – deyə
Stenerqard bildirib.

O, Qərbi Rusiyaya təzyiqləri davam etdirməyə çağırıb.