Tbilisidə keçirilən aksiya zamanı 13 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Noyabrın 19-da Tbilisidə 2024-cü ildə polisə hücum etdiyi üçün
həbs olunan və məhkəmənin qərarı ilə 4 il 5 ay azadlıqdan məhrum
edilən 21 yaşlı Mate Devidzeyə dəstək məqsədilə aksiya
keçirilib.

Trend xəbər verir
ki, aksiya zamanı polis ilə iştirakçılar arasında qarşıdurma
yaranıb və qanuni tələblərə tabe olmayan 13 nəfər saxlanılıb.




Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan
şəxslər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb və
hüquq-mühafizə orqanı nümayəndələrini təhqir ediblər.

DİN vətəndaşları qanuna zidd əməllərdən çəkinməyə çağırıb, əks
halda müvafiq tədbirlərin qanun çərçivəsində görüləcəyini
bildirib.