Bakı. Trend:
Türkiyə millisinin futbolçusu Salih Özcan karyerasını ölkəsində
davam etdirə bilər.
Trend Türkiyə
KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi
“Fənərbaxça” və “Qalatasaray”dan gələn təklifləri gözdən
keçirəcək.
İstanbul təmsilçiləri Özcanın transferini qışda reallaşdırmağı
planlaşdırır. Onun “Borussiya” ilə müqavilə müddəti 2026-cı il
iyunun 30-na qədərdir.
“Köln”, “Holşteyn Kiel”, “Volfsburq” klublarında da oynamış
Salih 2022-ci ildən “Borussiya”nın formasını geyinir.

