
Roza Cəlilova həm gözəl insan, həm dost, həm də yaxşı sənətkar idi.
“Report” xəbər verir ki, bunu Xalq artisti xoreoqraf Cəmilə Bayramova mərhum R.Cəlilova ilə vida mərasimində jurnalistlərə açıqlamasında deyib.
“O unudulmaz bir irs qoyub gedir. Onunla çox yaxın münasibətimiz var idi. Mən onu həm insan kimi, həm dost kimi, həm də sənətkar kimi sevirdim”.
C.Bayramova Xalq artistinin sənəti ilə dünyanı gəzdiyini qeyd edib:
“Öz sənəti və rəqsləri ilə bütün dünyada Azərbaycanı təmsil edib”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


