Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin icra səviyyəsi büdcənin icrasından geri qalır – Sədr

Baş səhifə

Bakı. Trend:

Dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına növbəti ildə
maliyyələşdirilməsi nəzərdə tutulan 194 layihənin ümumi dəyəri 17,7
mlrd. manatdır.

Trend xəbər
verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli
Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının
2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi
zamanı deyib.

Sədr vurğulayıb ki, vəsaitin 5 yeni, 189 keçid layihə üzrə
nəzərdə tutulub:




“Bununla yanaşı, qeyd etmək lazımdır ki, ümumi dəyəri 2,0 mlrd.
manat təşkil edən 100 layihənin 2026-cı ildə başa çatdırılması üçün
661,5 mln. manat vəsait proqnozlaşdırılır”.

V. Gülməmmədov əlavə edib ki, növbəti ildə dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin bir hissəsi (850,0 mln. manatı) beynəlxalq
kreditor qurumların təqdim etdiyi kreditlər hesabına layihələrin
maliyyələşdirilməsinə yönəldiləcək.

“Cari ilin 9 ayında bu xərclərin icra səviyyəsi cəmi 13% təşkil
etməklə büdcənin icrasından əhəmiyyətli dərəcədə geri qalır. Hesab
edirik ki, müvafiq təşkilatların icra intizamının yüksəldilməsinə
zərurət var”, – deyə o qeyd edib.