İran “Talara” tankerini və ekipajın 21 üzvünü azad edib

Baş səhifə
İran Talara tankerini və ekipajın 21 üzvünü azad edib

İran Marşall Adaları bayrağı altında üzən “Talara” neft tankerini və onun göyərtəsində olan 21 ekipaj üzvünü azad edib.

Bu barədə “Report” AP-yə istinadən bildirir.

Məlumata görə, Kiprdə yerləşən “Columbia Ship Management” şirkəti ekipaj üçün təhlükənin olmadığını bildirib.

“Biz onların ailələrinə məlumat vermişik və indi gəmi normal rejimdə işini davam etdirə bilər”, – şirkətdən bildirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, gəmi, onun ekipajı, eləcə də menecerlər və sahiblərinə qarşı heç bir ittiham irəli sürülməyib.

Xatırladaq ki, noyabrın 14-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Marşall Adaları bayrağı altında üzən “Talara” neft tankerini ələ keçirərək İran sularına yönəldib.