
Bakı.Trend:
Tərtərdə yerləşən N saylı hərbi hissənin sabiq komandiri Vüsal
Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend xəbər
verir ki, Tərtər Hərbi Məhkəməsində keçirilən prosesdə hökm
oxunub.
Hökmə əsasən, təqsirləndirilən Vüsal Hüseynov 5 il müddətə şərti
azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Vüsal Hüseynov Cinayət Məcəlləsinin 311-ci (rüşvət
alma) maddəsi ilə ittiham edilib.


