
Böyük Britaniya, Almaniya, Fransa və ABŞ çərşənbə axşamı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İdarə Heyətinə İranın nüvə obyektlərinə, zənginləşdirilmiş uran ehtiyatlarına giriş tələb edən qətnamə layihəsi təqdim ediblər.
“Report” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Məlumatına görə, layihə çox güman ki, noyabrın 19-da qəbul ediləcək.
Daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi ölkədə müvafiq infrastruktura hücumlar səbəbindən uran zənginləşdirilməsinin aparılmadığını bildirib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


