
Bakıda yol qəzası olub.
“Report” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Binəqədi rayonu, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən tunelə giriş hissə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Hazırda hərəkətin bərpa olunması üçün polis və FHN əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


