Bakı. Trend:
Generation Air Dominance (NGAD) proqramı çərçivəsində
hazırlanmış Amerika altıncı nəsil F-47 qırıcı təyyarəsinin ilk uçuş
sınaqları 2028-ci ildə başlayacaq.
Trend-in məlumatına görə, bu barədə “Boeing” şirkətinin Defense,
Space and Security bölməsinin direktoru Stiv Parker deyib.
Onun sözlərinə görə, F-47 qırıcı təyyarəsi artıq istehsala
başlayıb. ABŞ Hərbi Hava Qüvvələri əvvəllər bu qırıcılardan ən azı
185 ədəd almaq planlarını açıqlayıb.

