Ağdamın Xıdırlı kəndinə növbəti köç

Baş səhifə

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç olub.

Modern.az xəbər verir ki, noyabrın 18-də yola salınan köç karvanı Xıdırlı kəndinə çatıb. Bu mərhələdə Xıdırlı kəndinə 15 ailə – 57 nəfər köçürülüb. Sakinlərə evlərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.