"Barselona"  öz doğma yurduna qayıdır

Baş səhifə

“Barselona” futbol klubu növbəti ev oyununu “Nou Kamp” stadionunda keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.

“Barselona” 2023-cü ilin mayından bəri ilk dəfə olaraq matçını əfsanəvi stadionda keçirəcək.

Qeyd edək “Nou Kamp”da 2.5 il təmir işləri aparılıb. Katalonların yenilənmiş stadionda ilk rəqibi “Atletik Bilbao” olacaq. Qarşılaşma noyabrın 22-də baş tutacaq.