DÇ-2027: Azərbaycanın qadınlardan ibarət millisinin oyunlarının təqvimi müəyyənləşib

Baş səhifə
DÇ-2027: Azərbaycanın qadınlardan ibarət millisinin oyunlarının təqvimi müəyyənləşib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının DÇ-2027-nin seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. C Liqasının 3-cü qrupunda yer alan komandamız 2026-cı ilin martında mübarizəyə start verəcək.

Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

3 mart 2026-cı il

Azərbaycan – Şimali Makedoniya

7 mart

Macarıstan – Azərbaycan

14 aprel

Andorra – Azərbaycan

18 aprel

Azərbaycan – Andorra

5 iyun

Azərbaycan – Macarıstan

9 iyun

Şimalı Makedoniya – Azərbaycan

Qeyd edək ki, oyunların keçiriləcəyi stadionlar və başlanma vaxtı barədə daha sonra məlumat veriləcək.