Filippində yüz minlərlə insan korrupsiyaya qarşı etiraz edir

Baş səhifə

Bakı. Trend:

Filippinin paytaxtı Manilada infrastruktur layihələrinin həyata
keçirilməsində korrupsiya hallarına qarşı keçirilən kütləvi etiraz
aksiyasının ilk günündə 650 mindən çox insan iştirak edib,
aksiyanın ikinci günündə isə 300 mindən çox insan küçələrə
çıxıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, aksiya iştirakçılarının çoxu çadırlarda
gecələyib. Hakimiyyətin məlumatına əsasən, bazar ertəsi saat
16:00-a (Bakı vaxtı ilə 11:00) olan vəziyyətə görə mitinqdə artıq
təxminən 300 min nəfər iştirak edirdi. Asayişə 16 mindən çox polis
əməkdaşı nəzarət edir.

Manilada dövlət infrastruktur layihələrində korrupsiyaya qarşı
keçirilən mitinq 18 noyabra qədər davam edəcək. Aksiyanın
təşkilatçıları və iştirakçılar ölkədə daşqınlarla mübarizə
layihələrində baş vermiş korrupsiya qalmaqalının şəffaf şəkildə
araşdırılmasını tələb edir, həmçinin vəsaitlərin mənimsənilməsində
təqsiri olan şəxslərin məsuliyyətə cəlb olunmasına çağırırlar.