Azərbaycan II Liqasında oktyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

Baş səhifə
Azərbaycan II Liqasında oktyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

Azərbaycan II Liqasında “Ayın qolu” layihəsi çərçivəsində oktyabr ayının ən yaxşı qolunun müəllifi olan “Xankəndi”nin futbolçusu Sərxan Ağayev mükafatlandırılıb.

“Report” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti əlumat yayıb.

Mükafatı IX turun “Xankəndi” – “Göygöl” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.