PUA vasitəsilə İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb

Baş səhifə
PUA vasitəsilə İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb

PUA vasitəsilə İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə “Report”a DSX-dan məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 17 kiloqram 235 qram narkotik vasitə (14 kq 85 qram marixuana, 3 kq 120 qram metamfetamin, 30 qram tiryək) 500 ədəd narkotik tərkibli metadon M-40 həbinin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1987-ci il təvəllüdlü Orucov Azər Məhərrəm oğlu şübhəli şəxs qismində saxlanılmışdır.

İlkin dindirmə zamanı saxlanılan şəxs həmin əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiyini etiraf etmişdir.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.