STEAM Azərbaycan layihəsi Qarabağ Universitetində də olacaq

Baş səhifə

“STEAM Azərbaycan layihəsi artıq Xankəndidə Qarabağ Universitetində fəaliyyət göstərəcək”.

Modern.az xəbər verir ki, bu fikirləri Elm və təhsil naziri Emin Əmrullayev “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq STEAM Azərbaycan (SAF-2025) festivalında çıxışı zamanı söyləyib:

“Mən inanıram ki, həmin bölgə üçün də kifayət qədər üstünlük olacaq. Hər şeyin Bakıda deyil, Bakıdan kənarda da olması böyük töhfə vermiş olacaq. Məhz STEAM tədrisinin həm ayrı-ayrı fənnlər üzrə müəllim hazırlığını, həm də bir ayrıca ixtisas olaraq  növbəti ildən tədrisinə başlayacağıq”.