Fransa və Almaniya yeni nəsil qırıcının birgə istehsalı layihəsindən imtina edə bilər – KİV

Baş səhifə

Bakı. Trend:

Rəsmi Berlin və Paris FCAS (Future Combat Air System) layihəsi
çərçivəsində yeni nəsil qırıcı təyyarənin birgə hazırlanmasından
imtina edə bilərlər.

Trend xarici
xarici KİV-ə istinadən xəbər verir ki, bu layihənin gələcəyi barədə
hər iki ölkənin müdafiə nazirləri (Boris Pistorius və Katrin
Votren) müzakirə edəcək.




“The Financial Times”ın öz mənbələrinə istinadən yazır ki,
nazirlərin görüşü Almaniya kansleri Fridrix Mers və Fransa
prezidenti Emmanuel Makron arasında çərşənbə axşamı Berlində
keçiriləcək danışıqlar öncəsi baş tutacaq. Ölkələr 100 milyard avro
ayrılması planlaşdırılan FCAS layihəsini xilas etməyə çalışırlar.
Layihə “Airbus” və “Dassault” kimi əsas iştirakçılar arasındakı
fikir ayrılıqlarına görə pozulma təhlükəsi ilə üzləşib.

Müzakirə olunan variantlardan biri qırıcı təyyarənin
hazırlanmasından imtina etmək, lakin Hərbi Hava Qüvvələri üçün
Avropa operativ idarəetmə sisteminin yaradılması üzərində işi davam
etdirməkdir. Konsepsiyaya görə, bu sistem məlumatların bulud
yaddaşlarında (cloud) saxlanmasından istifadə etməklə qırıcı
pilotları, təyyarənin özü, radarlar, sensorlar, PUA-lar və yerüstü
döyüş idarəetmə sistemləri arasında qarşılıqlı əlaqəni təmin
etməlidir.