Azərbaycan dilində 220 min işlək söz toplanıb – RƏSMİ

Baş səhifə

Bakı. Trend:

Orfoqrafiya lüğəti 1975, 2004, 2013 və 2021-ci illərdə nəşr
edilib. Yeni lüğətin nəşri 2026-cı il üçün nəzərdə tutulub.

Bu sözləri Trendə açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun
baş direktoru Nadir Məmmədli deyib.




Nadir Məmmədli qeyd edib ki, keçmiş Sovet məkanında ilk dəfədir
ki, belə bir lüğət hazırlanır: “Artıq internet, sosial media
dövrüdür və təbii ki, köhnə qaydada, kartoçka, əlifba üzrə
sıralanma sistemi ilə işləmək məqsədəuyğun deyil. Biz ilk dəfədir
ki, süni intellekt və rəqəmsal maşınların köməyi ilə yeni sistemdə
lüğət hazırlamışıq. İlk dəfədir ki, Azərbaycan dilində işlək 220
min söz toplanıb. “Xalq Qəzeti”, “525-ci qəzet”, “Ədəbiyyat Qəzeti”
kimi korrekturası olan qəzetlərin Pdf-lərindən istifadə edərək söz
toplamışıq”.

Dilçilik İnstitutunun baş direktoru qeyd edib ki, lüğətin
hazırlanmasında, sözlərin seçimində tezlik sistemi istifadə
edilib.