
Bu gün “525-ci qəzet”in 33 yaşı tamam olub.
Modern.az xəbər verir ki, 1992-ci ildə təsis olunan “525-ci qəzet”, illər boyu peşəkar jurnalistika prinsiplərinə sadiqliyi ilə seçilib. Qəzetin məqsədi oxuculara həm aktual, həm də analitik məzmun təqdim etmək olub. Bu illər ərzində “525-ci qəzet” Azərbaycanın mətbuat tarixinə imza atan önəmli hadisələrin və proseslərin işıqlandırılmasında aparıcı mövqedə dayanıb. Jurnalistikanın müxtəlif janrlarında müvəffəqiyyətlə çıxış edən bu nəşr, həm də gənc jurnalistlərin inkişafında əvəzsiz rol oynayıb.
1992-ci il 17 noyabrda ilk dəfə Rəşad Məcidin təsisçiliyi ilə nəşrə başlayan qəzetin adının seçilməsi maraqlı olub. Belə ki, qəzeti öncə “Sabah”, “2×2” adı ilə çap etdirmək istəsələr də, hər iki adda başqa nəşrin qeydiyyatdan keçdiyi məlum olub. Ona görə də rəhbərlik yeni ad fikriləşməli olub. Bu zaman Ədliyyə Nazirliyində qeydiyyatdan keçən 525-ci qəzet olduqlarını öyrənəndə redaktorlar “525-ci qəzet” adını götürməyə qərar veriblər.
Müsətqillik dövrü mətbuatının ilk qaranquşlarından olan qəzetin informasiya, siyasət, iqtisadiyyat, mədəniyyət və idman şöbələri fəaliyyət göstərir.
Modern.az “525-ci qəzet”çiləri təbrik edir.


