Bakı. Trend:
Nigeriyanın şimal-qərbində yerləşən Sokoto ştatında denqe
qızdırmasının yayılması qeydə alınıb.
Trend “Nigerian
Tribune” qəzetinə istinadən xəbər verir ki, departamentin həkimləri
və bütün səhiyyə müəssisələri yüksək hazırlıq vəziyyətinə
gətirilib.
Bildirilib ki, bir çox cəhətdən ağır denqe qızdırmasına bənzər
xəstəlik hallarının artması müşahidə olunur. Səhiyyə işçilərinə
sayıqlığın artırılması və şübhəli halların dərhal bildirilməsi
tapşırılıb.
Nigeriya səhiyyə qurumları denqe qızdırmasının ölkənin digər
ştatlarına da yayılmasından narahatdır.

