Bakı. Trend:
Hindistanın Milli Təhqiqat Bürosu (NİB) Yeni Dehlidəki tarixi
Qırmızı Qalada törədilən terror aktının daha bir iştirakçısını həbs
edib.
Trend xəbər verir
ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Saxlanılan şəxsin Əmir Rəşid Əli olduğu bildirilib və o,
Hindistanın Cammu və Kəşmir Birlik Ərazisində yaşayırdı. Hücumda
istifadə edilən Hyundai i20 avtomobili də ona qeydiyyatdan
keçmişdi.
Bundan əvvəl partlayışla əlaqədar olaraq Haryana ştatında üç
nəfər, o cümlədən iki universitet işçisi həbs olunmuşdu.

