
Bakı. Trend:
İran yalnız Vaşinqtonun yanaşmasını dəyişəcəyi təqdirdə ABŞ ilə
danışıqlara hazır olacaq.
Trend-in
məlumatına görə, bu barədə jurnalistlərə İran Xarici İşlər
Nazirliyindəki mənbə bildirib.
Onun sözlərinə görə, İran hər kəsə uyğun güzəştli həll yolunda
maraqlıdır.
Tehran sanksiyaların aradan qaldırılması müqabilində nüvə
proqramını mümkün qədər şəffaf etməyə hazırdır və bu halda hər kəs
bundan faydalanacaq.


