Hakan Fidan: ABŞ Cənubi Qafqazdakı proseslərə yaxından diqqət göstərir

Baş səhifə
Hakan Fidan: ABŞ Cənubi Qafqazdakı proseslərə yaxından diqqət göstərir

ABŞ Cənubi Qafqazdakı prosesləri yaxından diqqət göstərir.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “A Haber” telekanalına müsahibəsində deyib.

O bildirib ki, Cənubi Qafqazdakı proseslər artıq davamlı sülhə doğru irəliləyir.

Nazir xatırladıb ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh mətninin paraflanmasına ev sahibliyi edib.