
Bakı. Trend:
Tramp Administrasiyası Almaniyaya 3,5 milyard dollar dəyərində
raket satışına icazə verib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Almaniya “RTX” şirkətinin istehsalı olan 173 ədəd
“Standard Missile 6” (SM-6) və 577 ədəd “Standard Missile 2” (SM-2)
raketləri ilə bağlı müvafiq avadanlıqları satın almaq üçün müraciət
edib.
Qeyd olunub ki, müttəfiqlər iyun ayında müdafiə xərclərini
ümumilikdə 5 faizə, “sərt müdafiə” adlandırılan xərcləri isə 3,5
faizə çatdırmaq barədə razılığa gəliblər.


