Bəzi yerlərdə leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Noyabrın 16-sı axşam Azərbaycanın qərb rayonlarından başlayaraq
17-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı
gözlənilir.

Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.




Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli
leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək
dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı
ehtimal olunur.