Bakı. Trend:
Argentina paytaxtının yaxınlığında yerləşən aqrokimya zavodunda
baş verən güclü partlayış nəticəsində azı 22 nəfər xəsarət
alıb.
Trend “La Nacion”
qəzetinə istinadən bildirir ki, partlayış dalğası sənaye zonasına
bitişik yaşayış məhəllələrində evlərin pəncərələrini sındırıb.
Ezeiza şəhər xəstəxanasının həkiminin məlumatına görə, tibbi
yardım alanlar arasında şüşə qırıntılarından xəsarət alanlar və
zavod işçiləri arasında yanıq yaraları olanlar var.
Yanğınsöndürmə briqadaları hadisə yerində işləyir. Yuxarıdan
çəkilmiş görüntülər geniş ərazini əhatə edən yanğın və qalın tüstü
sütunlarını göstərir. Hakimiyyət orqanları havada zəhərli
maddələrin ola bilməsi ehtimalına görə sakinlərə pəncərələri bağlı
saxlamağı tövsiyə edib.
Yaxınlıqdakı Ministro Pistarini Beynəlxalq Hava Limanının
fəaliyyəti davam edir. Partlayışın səbəbi araşdırılır.

