
Bakı. Trend:
2025-ci ilin ən güclü partlayışlarından biri nəticəsində
Günəşdən atılan plazma buludu Yerə təhlükə yaratmadan planetdən yan
ötəcək.
Trend xəbər verir
ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar
İnstitutunun Günəş Astronomiya Laboratoriyasının “Telegram”
kanalında yayılıb. Qeyd olunub ki, bu, son günlərdə Yerə yaxınlaşan
sayca dördüncü plazma bulududur.
Mütəxəssislərin bildirdiyinə görə, bir neçə gün əvvəl ilin
ikinci ən güclü X4.0 səviyyəli partlayışı qeydə alınıb. 21-ci əsrdə
məlum olan ən böyük partlayış isə 2003-cü il noyabrın 4-də baş
verib və Günəşin kənarında olduğuna görə Yerə təsir
göstərməyib.


