Ulduz futbolçu məşqçi ilə mübahsiə etdi, karyerasını yekunlaşdırır

Baş səhifə

“Beşiktaş”da futbolçu Rafa Silva ilə bağlı gərginlik səngimir.

Metbuat.az xəbər verir ki, ulduz futbolçunun məşqçi Sergen Yalçınla mübahisə etdiyi bildirilir. Məlumata görə, futbolçu klub prezidenti Serdal Adalı ilə görüşəndən sonra karyerası ilə bağlı qərarını verəcək. Jurnalist Ertan Süzgünün sözlərinə görə, Rafa Silva karyerasını yekunlaşdırmaq istəyir. İddialara görə, “Fənərbaxça” derbisindən əvvəl Rafa Silva Serdal Adalıya futboldan getmək istədiyini və davam etmək istəmədiyini bildirib.

Adalı onu derbidə oynamağa razı salıb. İddia edilir ki, futbolçu Sergen Yalçına hörmət etdiyini ifadə etsə də, karyerasını yekunlaşdırmaq istəyir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.