Azərbaycanda xam neft hasilatı azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 23,043 milyon ton
xam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
1,1 milyon ton və ya 4,6% azdır.




Dövr ərzində xam neft hasilatının 22,988 milyon tonunu əmtəəlik
xam neft təşkil edib ki, bu da bir il əvvəlki göstərici ilə
müqayisədə 1,1 milyon ton və ya 4,6% azdır.

Qeyd edək ki, hesabat dövründə mədənçıxarma sənayesində
istehsalın ümumi dəyəri 32 milyard manat olmaqla, əvvəlki ilin
müvafiq dövrünə nisbətən 2,1 faiz azalıb.