Azərbaycanda emal sənayesində məhsul istehsalının dəyəri 7%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın emal sənayesində 2025-ci ilin yanvar-oktyabr
aylarında 17,265 milyard manatlıq məhsul istehsal olunub və sənaye
xarakterli xidmətlər göstərilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
1,1 milyard manat və ya 6,9% çoxdur.




Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün
məmulatlarının istehsalında 11,2 faiz, qida məhsullarının
istehsalında 9,5 faiz artım, içki istehsalında isə 1,8 faiz azalma
müşahidə olunub.

Eyni zamanda bildirilib ki, hesabat dövründə bu sahələrin əsas
məhsullarından makaron məmulatlarının istehsalı 2,7 dəfə, şəkər,
qənd istehsalı 21,7 faiz artıb, meyvətərəvəz konservləri 2,0 faiz,
araq istehsalı 9,0 faiz azalıb.