Prezident bu Komissiyanın tərkibini genişləndirdi

Baş səhifə

Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının tərkibi genişləndirilib.

Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Komissiyanın üzvləri sırasına daxil edilib.