Kliçko: Rusiyanın Kiyevə kütləvi hücumundan sonra üç nəfər ölüb

Baş səhifə
Kliçko: Rusiyanın Kiyevə kütləvi hücumundan sonra üç nəfər ölüb

Kiyevin noyabrın 14-nə keçən gecə kütləvi atəşə tutulmasından sonra üç nəfər ölüb.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu paytaxtın meri Vitali Kliçko bildirib.

“İlkin məlumata görə, paytaxtda üç nəfər ölüb. Məlumatı dəqiqləşdiririk, çünki xilasedicilər meyitləri hələ çıxara bilmirlər”, – V.Kliçko bildirib.

Ümumilikdə şəhərin 26 sakini xəsarət alıb, onlardan ikisi 7-10 yaşlı uşaqdır. Doqquz nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə yerində və ya ambulator yardım göstərilib.