Tərtərdə narkotiklərin satışını həyata keçirən şəxs saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Nəbi
Nəbiyev saxlanılıb.

Trend-in
məlumatına görə, saxlanılan şəxsdən 2 kiloqramdan artıq marixuana
və psixotrop maddə olan metamfetamin aşkarlanıb.




N.Nəbiyevin İrandan qanunsuz yollarla gətirilən narkotiklərin
Tərtər rayonu ərazisində satışını təşkil etmək istədiyi müəyyən
edilib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Nəbiyev barəsində həbs
qətimkan tədbiri seçilib.