Bakı. Trend:
Suriyanın Əs-Süveydə vilayətinin cənubundakı silahlı
qruplaşmalar ardıcıl üçüncü gün atəşkəsi pozub, təhlükəsizlik
qüvvələri hücumları dəf edib.
Trend-in məlumatına görə, bu barədə vilayətin daxili
təhlükəsizlik qüvvələrinin komandanlığı “Əl-İxbariyyə” telekanalına
məlumat verib.
“Əs-Süveydədəki üsyançı qruplar ardıcıl üçüncü gündür atəşkəsi
pozaraq vilayətdə atəş açıblar və nəticədə təhlükəsizlik qüvvələri
xəsarət alıblar”, – deyə bildirilib.
Suriya təhlükəsizlik qüvvələri qruplaşma üzvlərinin müxtəlif
istiqamətlərdən irəliləmək cəhdlərinin qarşısını alıblar.

