Prezident: “Azərbaycan və Özbəkistan arasında uçuşların intensivliyi xüsusi əhəmiyyət kəsb edir”

Baş səhifə
Prezident: Azərbaycan və Özbəkistan arasında uçuşların intensivliyi xüsusi əhəmiyyət kəsb edir

İlham Əliyev

Azərbaycan və Özbəkistan arasında hava nəqliyyatının inkişafı və şəhərlərimiz arasında uçuşların intensivliyi xüsusi əhəmiyyət kəsb edir.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib.

Onun sözlərinə görə, “Azərbaycan Hava Yolları” QSC (AZAL) müntəzəm sərnişin reysləri – Bakı-Daşkənd-Bakı (həftədə 7 uçuş), Bakı-Səmərqənd-Bakı (həftədə 2 uçuş) və Bakı-Ürgənc-Bakı (həftədə 2 uçuş) həyata keçirir: “Öz növbəsində, “Uzbekistan Airways” Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə həftədə üç, “Centrum” isə həftədə iki uçuş yerinə yetirir”.