Türk ölkələrinin milli kitabxanaları 30 ildən sonra ilk dəfə birləşir

Baş səhifə
Türk ölkələrinin milli kitabxanaları 30 ildən sonra ilk dəfə birləşir

Azərbaycan türk dünyasının milli kitabxanalarının Assosiasiyasının yaradılması təşəbbüsü ilə çıxış edərək, türk ölkələrinin milli kitabxanalarının 30 ildən artıq bir müddət ərzində birləşə bilmədiyi vəziyyəti dəyişib.

“Report”un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” beynəlxalq konqresinin plenar iclasında bildirib.

Onun sözlərinə görə, assosiasiyasının yaradılması türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi üçün mühüm addım olacaq: “Bütün bu müddət ərzində biz birləşə bilmirdik, lakin indi bizim türk dünyası kitabxanalar Assosiasiyamız olacaq”.

Məlumat yenilənir