
İslam Sivilizasiyası Mərkəzinin açılışı möhtəşəm hadisədir.
“Report”un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə “İçərişəhər” Muzey Mərkəzinin direktoru Azadə Hüseynova “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” adlı beynəlxalq konqresin plenar iclasında bildirib.
Onun sözlərinə görə, mərkəz Gizada yeni açılan Böyük Misir Muzeyinə layiqli rəqabət təşkil edə bilər.
A.Hüseynova, həmçinin qeyd edib ki, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın xalqlarını ümumi tarix və mədəniyyət birləşdirir.
Muzey əməkdaşlığından danışarkən o qeyd edib ki, Azərbaycanda Özbəkistanın mədəni irsinin rəqəmsallaşdırılması və qorunması prosesini böyük maraqla müşahidə edirlər.
“Bu layihə çərçivəsində özbəkistanlı mütəxəssislərin Azərbaycanda onların irsinin bir hissəsi olan bir çox artefaktları aşkar etməsindən məmnunam”, – A.Hüseynova vurğulayıb.
O, ümumi tarixin birgə öyrənilməsinin vacibliyini qeyd edib.
Məlumat yenilənir
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


