Milli Məclis komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi müzakirə olunub (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət, Ailə,
qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclası
keçirilib.

Trend xəbər
verir ki, iclasda gündəlikdə olan bir məsələ – “Azərbaycan
Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan
Respublikası qanununun layihəsi müzakirə edilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat, xərcləri 41 703
600,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 850
712,0 min manat, yerli gəlirləri 758 288,0 min manat,
mərkəzləşdirilmiş xərcləri 40 944 465,0 min manat, yerli xərcləri
759 135,0 min manat) məbləğində proqnozlaşdırılır.

Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 16
910 000 000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi məqsədli büdcə fondlarına aid olan məbləğ 334 400
000,0 manat, yerli xərclər 759 135 000,0 manat, gəlirlərin yerli
xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən
hissəsinin aşağı həddi 15 817 312 000,0 manat, yerli gəlir və
xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması
nəzərdə tutulan vəsaitin yuxarı həddi 847 000,0 manat məbləğində
proqnozlaşdırılır.




Azərbaycan Respublikasının 2026-cı il üzrə daxili dövlət
borclanmasının yuxarı həddi (limiti) 2 000 000,0 min manat, xarici
dövlət borclanmasının yuxarı həddi (limiti) 6 000 000,0 min manat
təsdiq edilsin. İl ərzində veriləcək dövlət zəmanətlərinin
məbləğinin yuxarı həddi (limiti) 3 000 000,0 min manat məbləğində
proqnozlaşdırılır.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 094 600,0 min manat
məbləğində təsdiq ediləcək. Onun maliyyələşdirilməsi
özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici
borclanma, 2026-cı il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə
hesabının sərbəst qalığı) hesabına həyata keçiriləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının
2026-cı il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 16 902
226,6 min manat məbləğində müəyyən ediləcək.