Bütün kilsələr Azərbaycanda qardaş kimi yaşayır – Allahşükür Paşazadə

Baş səhifə

Bakı. Trend:

Bütün kilsələr Azərbaycanda qardaş kimi yaşayır.

Trend xəbər
verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri
şeyxülislam Allahşükür Paşazadə ABŞ-nin İsa Məsihin Sonuncu Gün
Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılışında deyib.




“Mən çox sevinirəm ki, bu gün bizim ailəmizə yeni bir ailə daxil
olur. Bu İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsidi. Bizim
Azərbaycanda böyük bir ailəmiz var. Bütün kilsələr Azərbaycanda
qardaş kimi yaşayır. Bunu yaradan təbii ki,dövlətdir. Dinlər
arasında münasibətlərin yaxşılaşdırılmasına çalışırıq. Bunun
bünövrəsini Ulu Öndər Heydər Əliyev qoydu. O bu təbliğatın
qurucusudur”,- deyə o əlavə edib.