
Noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan Türkiyə təyyarəsində 6 ton yük olub.
Metbuat.az xəbər verir ki, bu barədə “Milliyyet” qəzeti məlumat yayib. KİV içində 20 əsgərin olduğu hərbi gəminin “F-16” qırıcı təyyarəsinə məxsus ehtiyat hissələri və təchizat məhsulları daşıdığını yazıb. Təyyarədə partlayıcı maddənin olmadığı qeyd edilib.
“Milliyyət” təyyarənin üç yerə parçalandığını yazib. Qəzet əvvəlcə quyruq hissəsinin qopduğunu vurğulayıb.
Təyyarənin qalıqlarının Türkiyəyə gətiriləcəyi və mütəxəssislər tərəfindən Kayseri şəhərində incələnəcəyi bildirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


