Türkiyədə ard-arda güclü zəlzələlər baş verdi

Baş səhifə
Türkiyədə ard-arda güclü zəlzələlər baş verdi

Türkiyənin Balıkesir vilayətində maqnitudası 4-dən böyük ard-arda üç zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələlər Bakı vaxtı ilə 07:16, 07:20 və 07:21-də qeydə alınıb. Onlardan ən güclüsü 4,7, digər ikisi isə 4,2 maqnitudada olub.