Bakı. Trend:
İnsayder Fabritsio Romanonun məlumatına görə, “Atletiko”nun
hücumçusu Culiano Simeone yaxın zamanda klubla müqaviləsini uzada
bilər.
Trend xəbər verir ki,
tərəflər razılığa yaxındırlar. Yeni müqavilənin 2030-cu ilin yayına
qədər qüvvədə olması gözlənilir.
22 yaşlı argentinalı futbolçu cari mövsümdə 19 oyun keçirib, 3
qol vurub və 6 məhsuldar ötürmə edib. Culiano, Madrid klubunun baş
məşqçisi Diego Simeonenin oğludur.

