Bu ölkədə gələn il aviareyslərin sayı xeyli azalacaq

Baş səhifə

Bakı. Trend:

Gələn il Almaniyada aviareyslərin sayında ciddi azalmaların
olacağı gözlənilir.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.




Məlumata görə, “Lufthansa”, “Eurowings”, “Ryanair” və digər hava
şirkətləri artan vergilər, əlavə rüsumlar və aşağı rentabelliklə
əlaqədar daxili və beynəlxalq reyslərin bir hissəsini ləğv edəcək.
“Lufthansa” daxili uçuşlarda ciddi azalmalar planlaşdırır. Həftədə
Frankfurt və Münxen mərkəzli 50 uçuş dayandırılacaq,
Frankfurt-Tuluza və Münxen-Tallin marşrutları isə tamamilə ləğv
ediləcək.

Bremen, Drezden, Köln, Leypziq, Münster, Nürnberq və Ştutqart
kimi kiçik hava limanlarında da uçuşların azaldılması gözlənilir.
“Ryanair” isə qış planı çərçivəsində Almaniyada 9 hava limanı üzrə
24 marşrutu ləğv edib, Hamburqda uçuşları 60 faiz azaldıb.