
Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun İslandiya millisi üçün çətin olacaq.
“Report”un məlumatına görə, bu barədə komandanın futbolçusu Hakon Arnar Haraldsson mətbuat konfransında deyib.
Kapitan Azərbaycan komandasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Rəqib artıq gücünü artırıb. Sabah bizi çətin matç gözləyir. Düşünürəm ki, meydanda gərgin mübarizə gedəcək”.
Qeyd edək ki, Azərbaycan – İslandiya matçı sabah, 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


