Gürcüstanın keçmiş baş nazirinə qarşı cinayət işi açılıb

Baş səhifə

Bakı. Trend:

Gürcüstan baş prokurorluğu ölkənin keçmiş baş naziri Georgi
Qaxariyaya (2019-2021-ci illərdə baş nazir olub -red.) qarşı
cinayət işi açıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Gürcüstanın baş prokuroru Georgi
Qvarakidze keçirdiyi brifinqdə deyib.




“Gürcüstan prokurorluğu Gürcüstanın keçmiş baş naziri Georgi
Qaxariyaya qarşı cinayət təqibinə başlayıb. Cinayət işi 2019-cu
ilin 20-21 iyun tarixlərində olmuş ictimai epizodlarla, eləcə də
Çorçan kəndindəki (etiraz aksiyaları –red.) hadisə ilə bağlıdır”,-
deyə Qvarakidze bildirib.

Qeyd edilir ki, məhkəmədə Qaxariyanın günahı sübuta yetiriləcəyi
təqdirdə onu 13 ilə qədər azadlıqdan məhrumetmə cəzası
gözləyir.